Türkiyənin üç özəl qaz idxalçısı “Qazprom”la müqaviləni uzadıb

Türkiyənin üç özəl qaz idxalçısı “Qazprom”la müqaviləni uzadıb

Türkiyənin illik tələbatının demək olar ki, 12%-ni təşkil edən üç qaz şirkəti “Qazprom”la tədarük müqaviləsini uzadıb.

SİA xəbər verir ki, "Akfel Gaz", "Enerco Enerji" və "Avrasya Qaz" 2021-ci ilin son dörd günündə Rusiya qazının idxalını bərpa edib və gündə təxminən 20 milyon kubmetr alacağı gözlənilir.

Məlumata görə, bundan sonra alıcılar qazı hibrid qiymətlə ödəyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə