Bu ölkə 2045-ci ilədək qaz, neft və kömürdən imtina edəcək?
Almaniyanın yeni kansleri Olaf Şolz bildirib ki, ölkə iqtisadiyyatın dekarbonizasiyasına keçidi davam etdirdiyi üçün qaz idxalı Almaniya üçün əhəmiyyətini itirir.
SİA xəbər verir ki, Almaniyanən hökumət başçısı ölkənin 2045- ci ilədək tam olaraq qaz, neft və kömürdən imtina etməyi planlaşdırdığını qeyd edib.
"Yəni 25 ildən sonra dünyada vəziyyət elə olacaq ki, Almaniyaya, Avropaya qaz nəqli məsələsi fərqli rol oynayacaq", - deyə Şolz vurğulayıb.
O əlavə edib ki, Almaniya Ukraynanın gələcəkdə də Rusiya təbii qazını nəql etməsinə sadiq qalmağa davam edir, çünki bu resurs hazırda enerji keçidi üçün vacibdir. O, Almaniya və ABŞ-ın Ukraynanın enerji transformasiyasını dəstəklədiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB