Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

SİA-nın məlumatına görə, bunu M.Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib:

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşümüzdə birgə həyata keçirilən layihələrin icra vəziyyətini, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...