THY gündəlik uçuş sayına görə Avropada ikinci yerdədir

Türk Hava Yolları (THY) gündəlik 1221 uçuşla Avropada ən çox uçuş reallaşdıran ikinci hava yolu şirkəti oldu.

Türk Hava Yolları (THY) gündəlik 1221 uçuşla Avropada ən çox uçuş reallaşdıran ikinci hava yolu şirkəti oldu.

Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 13-19 sentyabr tarixlərində hava hərəkəti məlumatlarına görə, Avropada 169.471 uçuş həyata keçirilib.

Yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsindəki məhdudiyyətlərin böyük nisbətdə ləğv edilməsi ilə İrlandiya "Ryanair" şirkəti gündəlik 2 min 345 uçuşla Avropanın ən çox uçan hava yolu şirkəti olaraq qeydə alınıb.

Türk Hava Yolları 1.221 gündəlik uçuşla 2 -ci, "Easyjet" 1.071 uçuşla 3 -cü olub.

"Pegasus" Hava Yolları 476 uçuşla siyahıda 9-cu yerini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə