Naxçıvanda əsas kapitala 596 milyon 951 manatdan çox vəsait yönəldilib
2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 596 milyon 951 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 572 milyon 178 min 100 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB