Ödənişli avtomobil yollarından istifadə edəcək sürücülər - DİQQƏT ! - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Azərbaycanın ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılmasında Türkiyə ilə əməkdaşlıq məsələsi gündəmdədir və bu əməkdaşlıq çərçivəsində həm Türkiyə, həm Azərbaycan yüksək iqtisadi dividentlər əldə edəcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert Aslan Əzimzadə söyləyib.
İqtisadçı ekspertin sözlərinə görə, qeyd etmək lazımdır ki, Azərbaycan 44 gümlük zəfər müharibəsi çərçivəsində öz torpaqlarını işğaldan azad edib və bu torpaqların yüksək turizm potensialı da mövcuddur.
“Hal-hazırda bu torpaqlarda bildiyimiz kimi, yeni nəqliyyat yollarının yaradılması prosesinin biz şahidi oluruq və əgər bu ödənişli avtomobil yolları işğaldan azad edilmiş ərazilərimizdə, hansının ki, turizm potensialı çox yüksəkdir və digər turizm potensialının yüksək olduğu ərazilərdə formalaşarsa, təbii ki, burada Azərbaycan, xüsusən də Azərbaycanın türizm sektoru çox ciddi iqtisadi dividentlər əldə edəcəkdir.
Türkiyə ilə əməkdaşlıq da təbii ki, bu müasir ödəniş sisteminin yaradılmasının innovativliyini və keyfiyyətini təmin edəcəkdir ki, bu da həmin layihələrin daha dayanıqlı olması ilə nəticələnəcəkdir”, deyə Aslan Əzimzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB