Ziyad Səmədzadə: “2010-cu ilin büdcəsi yüksək səviyyədə icra olunub”
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, iqtisadi sahədə əldə edilən uğrlar büdcənin formalaşması üçün stimul yaradıb.
Onun sözlərinə görə, ÜDM-nın artımı təmin edilib: \"Qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiya həyata keçirilir. Mərkəzi Bankın tədiyyə balansının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verir\".
O həmçinin bildirib ki, 2010-cu ildə ÜDM 41.6 milyard dollar olub ki, bu da 2011-ci illə müqayisədə 7.8 dəfə çoxdur. Azərbaycan adambaşına düşən məhsul istehsalına görə inkişaf etmiş ölkələrə yaxınlaşıb. 2011-ci ildə Azərbaycanda valyuta ehtiyatları 1.4 milyard idisə, hazırda ölkəmizin valyuta ehtiyatları 30 milyarda çatıb. Əhalinin pul gəlirlərinin indeksi 2 dəfə artıb. Komitə sədri vurğulayıb ki, 2010-cu ilin büdcəsi yüksək səviyyədə icra olunub.
"Bununla belə bir sıra rayonlarda büdcə gəlirlərinin formalaşmasında problem var. Büdcənin vergi borcları kifayət qədərdir. Bu sahədə işlər daha da güclənidirilməlidir. Əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirsək, vergi daxilolmaları da artar, eyni zamanda özlərini işsiz kimi adlandıranların sayı azalar".
Bundan əlavə komitə sədri vurğulayıb ki, gömrük azadolmalarına bir daha baxılmalıdır. Onun fikrincə, əks halda ölkədə yerli istehsalın vəziyyəti çətinləşə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB