Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar geriləyərək 68,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 65,17 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 dollar artaraq 69,42 dollar təşkil edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə