“Palçıq Vulkanları Turizm Kompleksi min bir dərdin dərmanı olacaq” Deputat
“Turizm sektoru dünyada ən gəlirli sahələrdən sayılır. Ona görə də dünyada turistlərin cəlb edilməsi üzərində mübarizə gedir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, bir sıra ölkələr öz turizm sektorlarının cəlb ediciliyinin artırılması istiqamətində müxtəlif tədbirlər görür: “Doğrudur, hazırda qlobal pandemiya ilə əlaqədar dünya turizmi iflic vəziyyətindədir. Amma, post-pandemiya dövründə hansı ölkələr daha maraqlı və yeni məhsullar təqdim edə biləcəklərsə, həmin ölkələrin beynəlxalq turizmdə payı sürətlə artacaq”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycanın istifadə olunmamış turizm imkanları genişdir. İşğaldan azad olunmuş ərazilərimizdə ermənilərin törətdiyi vəhşiliklər və vandallıqlar xarici turistlər üçün maraqlı sahə olacaq. Bakıda istifadəyə verilmiş Hərbi Qənimətlər Parkı da ölkəmizə səfər edəcək turistlərin ən çox ziyarət edəcək yerlərdən biridir. O cümlədən, Azərbaycan dünyada nadir palçıq vulkanları ilə də zəngindir. Cənab Prezidentin təməli qoyduğu palçıq vulkanları ərazisində tikiləcək kompleks öz cəlbediciliyi ilə fərqlənəcəkdir. Palçıq vulkanları ərzisində gözəl və maraqlı marşrut xəttləri tikiləcək. Həm də, palçıq vulkanlarının püskürdüyü palçığın müalicəvi xüsusiyyətləri də vardır. Palçığın müalicəvi xüsusiyyətlərindən istifadə edilmək üçün tikiləcək sanatoriya minlərlə insanın şəfasıdır. Məlumata görə, burada kompleks bir ilə kimi hazır olacaq. Düşünürəm ki, bu kompleksin istifadəyə verilməsi postpandemiya dövrünə təsadüf olar və açılışından sonra turistlərin maraq dairəsində olan məkana çevriləcək. Təbii ki, istifadəyə veriləcək hər bir müəssisə birinci növbədə yeni iş yerləri deməkdir. Sonrası isə, ölkəmizə gələcək əlavə gəlir mənbəyinə çevriləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB