Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur. Bu barədə SİA etibarlı mənbələrə istinadən xəbər verir.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,91 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...