Belarusun neft məhsullarının Rusiyanın dəniz limanları vasitəsilə ixracı üçün yenidən yüklənməsinə dair Moskva ilə Minsk arasında hökumətlərarası müqavilə imzalanıb. Müqaviləni Moskvada Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko imzalayıblar. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
İmzalanma Belarusiya müəssisələri tərəfindən 2021-2023-cü illərdə Rusiya Federasiyasının Baltikdəki dəniz limanlarında 9,8 milyon ton neft məhsulu, o cümlədən 2021-ci ildə 3,5 milyon, 2022-ci ildə 3,2 milyon və 2023-cü ildə 3,1 milyon ton neft məhsullarının yenidən yüklənmə imkanını nəzərdə tutur.
...Razılaşma götürmə və ya ödəmə prinsipi ilə müqavilələrin bağlanmasını nəzərdə tutur - yükgöndərən razılaşdırılmışdan daha az həcmdə yük daşınmasını təmin edərsə, dəniz terminalı istənilən halda bütün razılaşdırılmış həcm üçün ödəniş alır.
Sənədə görə bu minimum zəmanətli həcmlər, əvvəlki ilin noyabr ayından gec olmayaraq növbəti il üçün tərəflər tərəfindən koordinasiya olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB