Azərbaycan nümayəndə heyəti Ankarada keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib. DSMF-dən SİA-ya verilən xəbərə görə, S.Müslümov simpoziumdakı çıxışının əvvəlində bildirib ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələn gənclərimizin səhnədə qardaş Türkiyənin dövlət bayrağını dalğalandırmaları bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi "Biz bir millət, iki dövlətik". Fondun sədri ölkəmizdə son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söhbət açıb.
Tədbirdə çıxış edən Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışıb. Simpoziumun sonunda Ömər Dinçər DSMF sədri Səlim Müslümov və BSTA-nın baş katibi Hans Host Konkalevskiyə plaket təqdim edib. Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Güvənlik Kurumunun rəhbərliyi ilə də görüşüb, əməkdaşlığın perspektivlərini müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB