Avqustda əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb
Cari ilin avqust ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 6131 yeni abonent qeydiyyata alınıb. SİA xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, qeydiyyata alınan 6131 yeni abonentdən 4961 abonent Bakı, Abşeron və Sumqayıt, 1170 abonent isə regionların payına düşür. Bu ilin 8 ayı (yanvar-avqust) ərzində isə əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 min 519-a bərabər olub. Beləliklə, hazırda "Azəriqaz" İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.
Qeyd edək ki, cari il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB