Azərbaycanda iqtisadiyyatın orta illik artım tempi 3,7 faiz təşkil edəcək MALİYYƏ NAZİRLİYİ

Azərbaycanda iqtisadiyyatın orta illik artım tempi 3,7 faiz təşkil edəcək MALİYYƏ NAZİRLİYİ

Növbəti dörd il ərzində Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,7% təşkil edəcəyi proqnozlaşdırılır. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir.

Proqnoza görə, ölkədə ÜDM istehsalı 2021-ci ildə 3,4%, 2022-ci ildə 4,8%, 2023-cü ildə 3,7%, 2024-cü ildə isə 3,1% artacaq.

Qeyri-neft ÜDM-in də artımı gözlənir. Belə ki, sözügedən sektorda ÜDM istehsalının artımı 2021-ci ildə 3,5%, 2022-ci ildə 4,1%, 2023-cü ildə 3,5%, 2024-cü ildə isə 3,6% təşkil edəcəyi gözlənilir. Göründüyü kimi, 2021-2024-cü illərdə qeyri-neft ÜDM-i də orta hesabla 3,7% artacağı gözlənilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə