Avtonəqliyyat sahiblərindən 50 milyon sığorta haqqı toplanılıb

Avtonəqliyyat sahiblərindən 50 milyon sığorta haqqı toplanılıb

2020-ci ilin 7 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 49 milyon 716 min manat sığorta haqqı toplanılıb. SİA xəbər verir ki, ötən ilin müvafiq dövrüylə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 8 milyon 804 min manat və yaxud 15% azalıb.

Həmçinin bu növ sığorta üzrə 29 milyon 66 min manat sığorta ödənişi edilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişləri 22% azalıb.

Bildirək ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 58 milyon 520 min manat sığorta haqqı yığılıb, 37 milyon 264 min manat isə sığorta ödənişi olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə