"Növbəti yumşalmanı qapalı məkanlara şamil etmək olar" ÖZƏL - AÇIQLAMA
"Növbəti yumşalmanı qapalı məkanlara şamil etmək olar. Çünki, payız yaxınlaşır və ictimai iaşə obyektlərinin açıq havada fəaliyyəti öz aktuallığını itirmək üzrədir. Bu müəssisələrin qapalı şəraitdə də müəyyən tələblər gözlənilməklə fəaliyyətinə icazə verilməli olduğunu düşünürəm". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü Azər Badamov, növbəti dövrdə pandemiya ilə əlaqədar kapadılan sektorların və müəssisələrin fəaliyyətinin bərpa olunması məsələsindən danışarkən deyib.
Onun sözlərinə görə, istənilən halda bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsas götürülür və pandemik dövrdə yalnız bu qərarlar düzgün hesab edilir: "Ölkədə pandemiya şəraiti təhlil edilərək ən düzgün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir. Operativ Qərargah koronavirus infeksiyasının yayılması dinamikasını nəzərə alaraq ölkədə tətbiq olunmuş sərt karantin rejimində davamlı olaraq yumşalmalar həyata keçirir. Bu yumşalmaların tərkibində ictimai iaşə müəssisələrinin müəyyən tələblərə riayət olunmaqla açıq havada fəaliyyətinə icazə verilmişdir. Düşünürəm ki, növbəti yumşalmanı qapalı məkanlara da şamil etmək olar. Çünki, payız yaxınlaşır və ictimai iaşə müəsisələrin açıq havada fəaliyyəti öz aktuallığını itirmək üzrədir".
Millət vəkili vurğulayıb ki, müəyyən olunan qaydalara tam ciddi şəkildə riayət olunmaqla bərabər qapalı müəssisələrin də fəaliyyətinin bərpa olunması mümkündür: "İctimai iaşə müəssisələri qapalı məkanda da müəyyən tələblər gözlənilməklə fəaliyyətinə icazə verilməli olduğunu düşünürəm. Çünki, uzun müddət qapalı qalmış ictimai iaşə müəssisələrinin iqtisadi vəziyyəti pisləşib. Pandemiyanın nə vaxt bitəcəyi məlum deyil və ona görə də bu müəssisələrin müəyyən olunmayan müddətə qapalı qalmasını düzgün hesab etmirəm. İctimai iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə əlaqədar və digər sahələrlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tələbləri məlumdur. Bütün yerlərdə hamı bu tələbləri gözləməlidir və buna güclü nəzarət təşkil olunmalıdır. Bütün dünya da bunu belə qəbul etmişdir. Biz pandemiya ilə paralel yaşamağına, işləməyinə öyrəşməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB