Yanvar-aprel aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 90 milyon dolları ötüb
Yanvar-aprel aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 90 milyon dolları ötüb.
SİA xəbər verir ki, bu barədə məlumatı Belarus Dövlət Statistika Komitəsi yayıb. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 40 milyon dollar, ölkəmizdən Belarusa isə 50,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB