Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi dəyəri 3 283,69 ABŞ dolları olan 493,36 ton çay ixrac edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk dörd ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 23,5%, həcmi isə 17,7% artıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,6%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 17 275,09 min dollar təşkil edən 4 563,44 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, 4,2%, dəyəri isə 3,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.
Göründüyü kimi, cari ilin ilk dörd ayında Azərbaycanda çay idxalı ixracı 5,2 dəfə üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB