"Azərbaycanda investorların sayı daha da çoxalacaq" ÖZƏL - AÇIQLAMA
"Azərbaycan elə bir ölkəyə çevrilib ki, təkcə elektrik enerjisi üzrə deyil, digər bütün sahələr üzrə də dünya ölkələrinin ən böyük şirkətlərinin diqqəti mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov Azərbaycanda enerji sektoruna investorların cəlb olunması məsələsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, 20 aprel tarixində ölkə Prezidenti İlham Əliyev "Azərenerji"nin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak etmiş və vurğulamışdır ki, Azərbaycan müstəqillik dövründə enerji sahəsinə dövlət vəsaiti hesabına çoxlu sayda investisiyalar qoymuş və nəticə etibarilə də bu gün Azərbaycan daxili enerji sistemini tamamilə özü təmin etmişdir: "Təbii ki, bu heç də asan başa gəlməmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının müstəqilliyinin hələ 30 yaşı tamam olmayıb, vaxtilə ölkə rəhbərliyində dəyişikliklər, keçid dövrü və ondan sonrakı dövrlərdə ölkənin digər sahələri kimi enerji sahəsi də tamamilə iflic vəziyyətə düşmüşdür. Lakin, Prezidentin rəhbərliyi dövründə xüsusilə də Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı, birinci dövlət proqramının qəbul olunması ilə çoxlu sayda elektrik yarımstansiyalarının qurulması nəzərdə tutulmuşdur və hər birinin də 100 faiz nəticə etibarilə icrası təmin olunmuşdur. Bu gün Azərbaycanda enerji sahəsində, elektrik enerjisi sahəsində özünü təmin edən bir dövlətə çevrilmişdir".
Prezident İlham Əliyevin bu sahəyə investorların cəlb edilməsinin yaxşı ola biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirən millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan elə bir ölkəyə çevrilib ki, təkcə elektrik enerjisi üzrə deyil, digər bütün sahələr üzrə də dünya ölkələrinin ən böyük şirkətlərinin diqqəti mərkəzindədir: "Bunu həm ölkəmizdə yaranmış infrostrukturla, həm də ictimai-siyasi sabitliklə əlaqələndirmək olar. Sırf bu cəhətlərinə görə ölkəmizə investorların marağı daha çoxdur və günbəgün də bu maraq artır. O cümlədən enerji sahəsində də Prezident İlham Əliyevin vurğuladığı kimi investorların cəlb olunması yaxşı olardı. Bu həm yeni təcrübələr gətirərdi, həm də yeni yarımstansiyaların qurulması və daha müasir elektrik enerjisi təsərrüfatının inkişafı həyata keçirilərdi.
Bu ilin əvvəlində iki böyük şirkət bu istiqamətdə sənədlər imzalayıblar. Ölkəmizə yeni investisiyalar qoyacaqlar və gələcəkdə də bu investorların sayı daha da çoxalacaqdır. Beləliklə, elektrik təsərrüfatının daha mükəmməl və müasir formaya salınması həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB