Azərbaycanda böyük işlər aparılır və dəyişikliklər gedir ÖZƏL - AÇIQLAMA

Azərbaycanda böyük işlər aparılır və dəyişikliklər gedir ÖZƏL - AÇIQLAMA

"Yeni kompleksin açılışında Azərbaycanda elektrik enerjisi təminatının xüsusilə yüksək səviyyədə olması haqqında ölkə Prezidenti İlham Əliyev fikirlərini səsləndirdi. Biz özümüz də şahidi oluruq ki, bu istiqamətdə irimiqyaslı və sanballı işlər görülüb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Prezident İlham Əliyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yeni kompleksinin açılışında səsləndirdiyi fikirlərə və ölkədə yaxın dövrdə enerji sahəsində görülən işlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı yüksək qiymətləndirilir və ölkə rəhbərinin səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir: "Bu çıxışı çox yüksək qiymətləndirirəm. Azərbaycanda elektrik enerjisinin təminatında xüsusilə yüksək səviyyədə olması haqqında ölkə Prezidenti İlham Əliyev öz fikirlərini səsləndirdi. Ümumiyyətlə, bu istiqamətdə irimiqyaslı və sanballı işlər görülüb. Təbii ki, bu işlər "Azərenerji" ASC-nin, Baba Rzayevin rəhbərliyi ilə aparılıb. Ümumiyyətlə, Azərbaycanda təkcə bu istiqamətdə yox, ölkədə bütün sferalarda böyük işlər aparılır və dəyişikliklər gedir. Prezident ilham Əliyev 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiyanın tikildiyini bildirmiş və xüsusilə də böyük stansiyaların əhəmiyyətini vurğulamışdır. Bölgələrə çoxsaylı səfərləri çərçivəsində Prezident vətəndaşlarla maraqlandığı zaman enerji təminatı ilə bağlı son illər ərzində hər zaman müsbət rəylər eşitdiyinə də toxunur".

Millət vəkili vurğulayıb ki, külək enerjisi ilə əlaqədar olaraq Azərbaycanda avadanlıqlar qurulub və bundan da isifadə olunur: "Bu yolla ekoloji cəhətdən təmiz və əlverişli elektrik enerjisi almaq mümkün olur. Bununla əlaqədar ölkədə işlər aparılır və xeyli işlər görülüb. Həmin işlərin davam etdirilməsi istiqamətində də irəliləyirik. Ekoloji cəhətdən təmiz elektrik enerjisi əldə edirik".

Xaricdən ölkəyə bu istiqamətdə investorların cəlb olunması məsələsinə də toxunan Eldar İbrahimov bildirib ki, investorların cəlb olunması məsələsi də gündəmdədir: "Artıq müəyyən mənada bu sahəyə investorlar da cəlb olunub. Bu istiqamətdə işləri daha da inkişaf etdirmək və yeniliklərə nail olmaq vacibdir. Lakin, ölkəmizdə bu istiqamətdə kifayət qədər hərtərəfli və yüksək səviyyədə işlər həyata keçirilir. İstənilən halda təbii ki, daha çox invesorları da qəbul edə bilərik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə