OPEC ölkələri neft hasilatını may ayından da əvvəl azaltmağa başlaya bilərlər

OPEC ölkələri neft hasilatını may ayından da əvvəl azaltmağa başlaya bilərlər

Səudiyyə Ərəbistanı və digər OPEC ölkələri neft hasilatını planlaşdırılan vaxtdan - may ayından əvvəl azaltmağa başlaya bilərlər.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, belə bir qərarın müzakirəsi Nyu-York Ticarət Birjasında "WTI" markalı neftin qiymətinin ABŞ tarixində ilk dəfə mənfiyə düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün "WTI" markalı neftin may fyuçerslərinin qiyməti Nyu-York Ticarət Birjasında 35,97 dollar (196,88%) ucuzlaşaraq -17,7 dollara düşüb. İyun fyuçerləsrinin qiyməti təxminən 20 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə