Dünya bazarında neftin qiyməti 2 faiz daha aşağı düşü. SİA xəbər verir ki, cümə günü neft qiymətləri koronavirusun yayılması və əsas xam neft istehsalçıları hasilatı azaltmadığından neftin qiyməti 2 faiz daha aşağı düşüb.

Belə ki, "Brent" markalı neftin qiyməti 1,36 dollar və ya 2 faiz daha ucuzlaşıb. ABŞ xam neft "CLC1" isə 1,02 dollar və ya 1.9 faiz daha ucuzlaşıb və 52,86 dolları təşkil edib.

Neft üzrə ekspert Covanna Staunovo bildirib ki, bu həftə ərzində ayrı-ayrı neft markaları arasında neft qiymətlərindəki fərqlər və müəyyənsizlik neftin qiymətinin aşağı düşməsinə səbəb olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə