İranda parlament seçkilərində iştirak etmək üçün 15 min nəfər namizədliyini irəli sürüb
İran İslam Şurası Məclisinə (parlamentə) seçkilərinin keçirilməsinə bir aydan da az vaxt qalıb. Hər 4 ildən bir fevralın 21-də İranda parlament seçkiləri keçirilir.
SİA xəbər verir ki, bu il İslam inqilabından sonra 11-ci parlament seçkiləri keçiriləcək.
İranda seçkiləri bir sıra dövlətlərdə olduğu kimi, Mərkəzi Seçki Komissiyası və buna bənzər qurum deyil, Daxili İşlər Nazirliyinin nəzdindəki Milli Seçki İdarəsi təşkil edir və namizədlərin nümayəndələrinin iştirakı ilə səsləri hesablayır. Yaşı 30-dan 75-ə qədər olan İran vətəndaşları parlamentdə təmsil olunmaq üçün namizədliyini irəli sürə bilər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək, onların seçkidə iştirakına qərar verir. Bu Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz.
İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin açıqlamasına görə, bu il parlament seçkilərində iştirak etmək üçün 15 min nəfər namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, hər bir deputat yerinə 17 namizəd iddialıdır. Nazir qeyd edib ki, səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



