Rusiyalı nazir Bakıya gəlir

Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, səfərin məqsədi dekabrın 24-də Samur çayı üzərindəki körpünün açılış mərasimində iştirak etməkdir. Tədbirə Azərbaycan və Rusiyanın hökumət nümayəndələri qatılacaqlar.

Xatırladaq ki, körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib. Seysmik davamlılığı 9 bal olan körpünün uzunluğu 325 m, eni isə 17,5 m-dir. Obyekt 5 aşırımlıdır. Onun kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub və eni 3,75 metrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə