Yaxın Şərqdə baş verən nümayişlər neftin qiymətinə təsir edir. SİA-nın xəbərinə görə, Nyu-York və London birjalarında investorlar enerjidaşıyıcıların vaxtında və təhlükəsiz çatdırılmasında yarana biləcək problemə görə narahatdırlar.
Belə ki, fevralın 17-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,18 (0,17 faiz) artaraq 103,962, dollar təşkil edib.
Fevralın 17-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,07 (0,08 faiz) artaraq 1 barelinin qiyməti 103,96 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB