Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinin 30%-dən çoxuna pis təsir edib

Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinin 30%-dən çoxuna pis təsir edib

Azərbaycanda 2010-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinin 30%-dən çoxuna pis təsir edib. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu, vergi ödəyiciləri arasında aparılan sorğular zamanı məlum olub. "Ötən ilin əvvəlindən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin şirkətiniz üçün nəticələri necə olub?" sualına interaktiv səsvermədə iştirak edənlərin 30,28%-i "qeyri-qənaətbəxş" cavabı verib.

 

Bununla yanaşı, sorğu iştirakçılarının 33,86%-i Məcəlləyə dəyişikliklərin onlara qənaətbəxş təsir etdiyini bildiriblər. Ödəyicilərin 23,51%-i fəaliyyətlərində heç bir dəyişikliyin müşahidə olunmadığını bildirib, 12,35% isə cavab verməkdə çətinlik çəkib.

 

Xatırladaq ki, Vergilər Məcəlləsinə 2010-cu ildən qüvvəyə minən əlavə və dəyişikliklərə əsasən? mənfəət vergisinin dərəcəsi 22%-dən 20%-ə, əmək haqqından gəlir vergisinin yuxarı həddi 35%-dən 30%-ə endirilib, fərdi sahibkarlar və hüquqi şəxslər üçün fərdi vergi dərəcələri tətbiq edilib, yük və sərnişin daşımaları ilə məşğul olanlar üçün vergi dərəcələri dəyişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə