Ötən həftə Venesuela Mərkəzi Bankından xarici ölkələrə satmaq üçün 8 ton qızıl çıxarılıb. Bu barədə mənbələrə istinadən "Reuters" agentliyi xəbər verir. SİA Lenta.ru-ya istinadən məlumat verir ki, 2019-cu ilin əvvəlindən Venesuelanın qızıl ehtiyatları 30 ton azalıb. Bu qızıl ehtiyatı 4 milyard dollar məbləğində dəyərləndirilir.
Mənbəyə əsasən, belə sürətli satışla Venesuela ilin sonuna qədər qızılsız qalacaq. Mərkəzi Bank və İnformasiya Nazirliyi qızılın növbəti satışı ilə bağlı müraciətlərə cavab verməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB