Ötən il ARDNŞ ekologiya ilə bağlı hansı işləri görüb? - HESABAT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Ekologiya ili" elan olunan 2010-cu ildə Azərbaycan respublikası Dövlət neft Şirkətinin (ARDNŞ) ətraf mühitin mühafizəsi sahəsində böyük nailiyyətlər əldə edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk dəfə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏМТQ) və ekoloji problemlərin həlli üzrə müvafiq monitorinqlər aparılıb, mövcud problemlər müəyyən edilib. İl ərzində "Bibiheybətneft", "Balaxanıneft", "Siyəzənneft", "Abşeronneft", H.Z.Tağıyev, Ə. Əmirov və N.Nərimanov adına NQÇİ ərazilərində, Muradxanlı və Qaraçuxur İriləşdirilib Neft Mədənlərində, həmçinin Birgə Müəssisə (BM) və Əməliyyat Şirkətlərinin (ƏŞ) ərazilərində neftlə çirklənmiş torpaqların təbii landşaftının bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Xəzər dənizinin suyunun şirinləşdirilməsi məqsədi ilə "Neft Daşları"nda gücü 500 m3/gün, Çilov adasında isə gücü 300 m3/gün təşkil edən "Əks Osmos" tipli qurğular quraşdırılıb, "Azneft" İB-nin, Neft Kəmərləri İdarəsinin struktur bölmələrində "Biomass", "KU-400", "Topas 30" və "Topas 150" tipli bioloji təmizləyici qurğular tikilərək istismara verilib.
Bununla paralel olaraq neft-qaz yataqlarındakı dərin dəniz özüllərində və qurudakı mədənlərdə lay sularının qapalı sistemə keçirilməsi və utilizasiya sistemlərinin qurulması üzrə işlər davam etdirilib. Həyata keçirilən mühüm ekoloji layihələrdən biri də Bakı buxtasının təmizlənməsidir. 2007-ci ildən dəniz dibinin və səthinin təmizlənməsi istiqamətində görülən tədbirlər çərçivəsində Xəzərin Azərbaycan sektorunda batmış gəmi və metal qurğuların, həmçinin yarımbatmış metal konstruksiyaların toplanılması və çıxarılması işi davam etdirilib, ümumilikdə dəniz dibindən 32 min ton metal konstruksiya çıxarılıb. Eyni zamanda Bakı buxtası və Xəzər dənizinin sahil zolağı boyunca sağlam ekoloji mühitin yaradılması məqsədilə "Bulvar 1" gəmisi alınaraq istismara buraxılıb.
ARDNŞ tərəfindən ölkəmizdə ilk "Ekoloji park"-ın yaradılması mühüm hadisədir. Bu parkda müasir tipli şitilxananın salınması, burada rekultivasiya olunmuş torpaqlarda toxum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması, suya və enerjiyə, resurslara qənaət etməyə imkan verən damcı suvarma sisteminin tətbiqi nəzərdə tutulub. Parkda diqqəti çəkən daha bir məqam elektrik enerji təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsidir ki, bu sahədə böyük iş görülüb, 2010-cu ildə parkda külək generatorları və günəş panelləri quraşdırılıb. İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər çərçivəsində Şirkətin müəssisələrində, habelə BM və ƏŞ-də Istilik Effekti Yaradan Qaz (İEYQ) mənbələrinin inventarlaşdırılması aparılıb, Təmiz Inkişaf Mexanizmi (TİM) layihələri hazırlanıb və TİM üzrə İcraçı Şurada qeydiyyatdan keçirilən, ARDNŞ-də Karbon Fondu yaradılıb. "İqlim Dəyişmələrinə Təsirin Azaldılması üzrə ARDNŞ-nin Strategiyası" sənədi hazırlanmış və təsdiq edilib.
Ekologiya İdarəsi və Almaniya İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən birgə hazırlanan Strategiyada ARDNŞ-nin istehsal sahələrində qaz atılmaları göstəriciləri, dünyanın aparıcı neft şirkətlərinin bu sahədə təcrübəsi, beynəlxalq və yerli ekspertlərin rəyləri nəzərə alınıb. "İqlim dəyişmələrinin azaldılması ilə əlaqədar Xəzəryanı neft-qaz şirkətlərinin təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi" mövzusunda Beynəlxalq Konfrans keçirilib. "Ekologiya ili"ndə ARDNŞ-nin idarə və müəssisələrindəki avtonəqliyyat vasitələrindən atmosferə atılan zəhərli qazların ölçülməsi, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, hava mühitinin qorunmasına nəzarəti təmin etmək məqsədi ilə mövcud Ekoloji-ölçmə məntəqələrində Şirkətə məxsus nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi davamlı olaraq həyata keçirilib. Eyni zamanda Dövlət Neft Şirkətində ixrac qazlarının tərkibinin Avro-2 normalarına uyğunlaşdırılması təmin edilib.
Bundan əlavə Şirkətdə "Tullantıların İdarəedilməsi Mərkəzi" layihəsinin Texniki-İqtisadi Əsaslandırmasının hazırlanması üçün ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanan Qrant Sazişi çərçivəsində tullantıların miqdarından asılı olaraq müvafiq emal texnologiyalarının seçilməsi, yerinə yetiriləcək işlərdə ətraf mühitə dəyən zərərin azaldılması üçün müvafiq tədbirlər görülür. Bu məqsədlə ARDNŞ ilə "Mİ-LLC" şirkəti arasında "Tullantıların İdarəedilməsi Mərkəzi" layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırma sənədinin hazırlanması üçün müqavilə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ekologiya ili" çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi çağırışına qoşularaq ARDNŞ kollektivi il boyu mütəmadi olaraq iməciliklər, ağacəkmə kampaniyaları keçirib, 100 000-dən artıq müxtəlif növlü ağac və dekorativ kol bitkiləri əkilib.
ARDNŞ ekoloji layihələrin həyata keçirilməsində dünyanın bir çox tanınan beynəlxalq təşkilatlarının etibarlı tərəfdaşıdır. 2010-cu ildə Qazaxstanın "Manqustaumunayqaz AC" şirkəti ilə əməkdaşlığın nəticəsi olaraq ARDNŞ-nin nümayəndə heyəti Aktau şəhərində keçirilən Biznes Forumda iştirak edib, səfər çərçivəsində "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB