"Gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil" İRAD

"Gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil" İRAD

Milli Məclisdən bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklərin bağlı qanun layihəsi II oxunuşda müzakirələri davam edir. SİA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən deputat Qüdrət Həsənquliyev xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olunmasını təklif edib.

O bildirib ki, fəaliyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil: "Bu yaxınlarda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə "Paşa İnşaat" məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olarıq".

Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsi təklifini səsləndirib: "Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə