Dünyanın ən böyük iqtisadiyyatlarının bir araya gəldiyi G-20 sammiti bu gün işə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən böyük 20 ölkə liderləini bir araya toplayacaq sammit bu il ərzində yüksək səviyyəli son beynəlxalq tədbir olacaq.
Sammitdə ənənəvi mövzular - ticarət, rəqəmsal iqtisadiyyat, iqlim dəyişikliyi, davamlı inkişaf, gender bərabərliyi kimi məsələlər müzakirə olunacaq. Lakin dünya sammitdə daha çox ABŞ-ın və Çinin ticarət müharibəsi vəziyyətindən çıxmağa çalışması, Buanes-Ayresin məşhur jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda ölümündən sonra Ərəbistan Şahzadəsini necə qarşılayacağı, ABŞ və Rusiya prezidentlərinin bir-biri ilə görüşüb görüşməyəcəyi məsələlərini diqqətdə saxlayacaq.
Sammitin ilk intriqasnını yekun bəyanatın mətni ilə bağlı olacağı bidirilir. Belə ki, 20 ölkə iderinin dünyanın gələcək inkişafı ilə bağlı məqamlarda razılaşacağı ilə bağlı anlaşılmazlıqların olacağı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB