İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə birgə "Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"ni keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman- Əl Tuvecri, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin Edam Beyin Mərkəzinin rəhbəri Ussal Şahbaz, Milli Məclisin deputatları və digərləri iştirak edirlər.
Tədbirdə ilk olaraq Konfransı giriş nitqi ilə açan İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir. Tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB