"Azərbaycanla Rusiya arasında əmtəə mübadiləsi 10% artıb"
Bu ilin I yarısında Azərbaycanla Rusiya arasındakı əmtəə mübadiləsi ötən ilin eyni dövrü ilə müqayisədə 10% çox olub. Bu barədə jurnalistlərə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov məlumat verib.
“İş adamlarının müxtəlif layihələr üzərində çalışmasını əngəlləyən maneələr aradan qalxsa, ticarət dövriyyəsini ildə 15-25%-ə artıra bilərik. Təhlillər göstərir ki, əmtəə dövriyyəsinin azı 10%-lik artımı trendi bu ilin sonuna qədər davam edəcək", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB