"Azərbaycanın xarici sərmayələr cəlb etməsinin əsasında qanunvericilik durur"

"Azərbaycanın xarici sərmayələr cəlb etməsinin əsasında qanunvericilik durur"

“Azərbaycan Aİ əməkdaşlığında çox önəmli məqam, inkişaf etmiş ölkələrin şirkətlərinin texnologiyalarını, təcrübələrinin Azərbayan iqtisadiyyatınən inkişafına cəlb edilməsidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün təbii ehtiyatların olması yetərli deyil, burada qanunvericilik əsas məsələlərdən biridir: “Əgər Azərbaycan neft və qaz sənayesinə indiyədək 10 milyardlarla dollar vəsait qoyubsa və dünyanın ən aparıcı neft şirkətləri ölkəmizə sərmayə qoyursa, onun təməlində qanunvericilik dayanır. Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələr Milli Məclisdə qanun səviyyəsində qəbul edildi”.

Azərbaycan birinci müqaviləni – Əsrin müqaviləsini imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi. Bu sahədə imzalanan sənədlər də qanun qüvvəsindədir. Nəticədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim işçi qurup Ələt limaın yaxınlığındakı Ələt Azad Ticarət Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək. Azad Tcarət Zonası bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstrəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyytəli orqanı tərəfindən icra olunmalıdır”.

Milli Məclis vitse-spikeri qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda Cənubi Osetiya adlanan ərazidə yuridiksiyası məlum olmayan silahlı birləşmələr yerldəşib: “Ermənistanda da dövrü olaraq Bakı-Tbilisi-Ceyhan nqeft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetyia, Abxaziya və digər problemlərin əsasında ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq üçün yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə