“Azərbaycan vətəndaşları Prezident seçkilərində fəal iştirak edərək, həmrəy olub, öz yeganə liderlərinin yenidən dövlət başçısı seçilməyinə lazımı dəstəyi göstərdilər və seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 7 il müddətinə Prezident seçildi”. Bu sözləri SİA-ya açıqlamasında Kimsəsiz Uşaqların sosial müdafiəsi ictimai birliyinin sədri Lamiya İsazadə deyib.
Onun sözlərinə görə, əslində, xalqımız öz rifahına, sülh, dinclik, firavanlıq, əmin-amanlığına, gələcək böyük nailiyyətlərinə, sürətli inkişafa və qazanılan böyük uğurların davam etdirilməsinə səs verdi: “Xalqımız yaxşı bilir ki, Prezident İlham Əliyev Azərbaycanın parlaq gələcəyinin qarantıdır. Çünki, son 15 ildə cənab Prezidentimizin apardığı siyasət nəticəsində dövlətimizin dünyadakı nüfuzu artıb. Dövlət başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunur. Ölkə başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək hər bir insanın prezidenti oldu, zəngin dövlətçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin mayakına çevrildi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət, Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bu da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son 15 ildə müasir müstəqil Azərbaycanın devizinə çevrildi. Çünki Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandı. Azərbaycan bütün sahələrdə böyük dinamik inkişaf yolundadır və bundan sonra da cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində dövlətimiz beynəlxalq miqyasda ən nüfuzlu söz sahibinə çevrilərək ön sıralarda yer alacaqdır".
Cənab Prezidentimizin növbəti qələbəsi, biz gənclərin qələbəsi və eləcə də bütün Azərbaycan xalqının qələbəsidir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB