Bildiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bəzi OPEC-ə daxil olmayan istehsalçı ölkələr arasında müqavilə bağlanıb. Bu müqavilə ilə ölkələr neft qiymətlərini qaldırmaq üçün hasilatlarını azadırlar.
Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, müqavilə sayəsində Rusiya büdcəsi 2017-də əlavə 21 milyard dollarlıq gəlir əldə edib.
Novak, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, OPEC müqaviləsinin ötən il uğurla həyata keçirildiyini bildirib.
Müqavilə sayəsində neftin qiymətlərində artım baş verdiyinə işarə edən Novak, "Sözügedən artım sayəsində Rusiyanın federal büdcəsi ötən il 21 milyard dollarlıq gəlir əldə edib",- deyib.
Rusiya, OPEC ilə bağladığı müqaviləyə görə gündəlik neft hasilatını 300 min barel azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB