Azərbaycan dünya ölkələri arasında mövqeyini möhkəmləndirib AÇIQLAMA
“Azərbaycanın suveren reytinqləri üzrə proqnozu "mənfi"dən "sabit"ə artırılıb. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf edərək dünya iqtisadiyyatına inteqrasiya edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, dünyada baş verən iqtisadi böhran nəticəsində neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi: “Lakin, buna baxmayaraq Azərbaycanda aparılan şaxələnmiş iqtisadiyyat inkişaf edərək ölkəmizi böhrandan kiçik zərərlə çıxartdı. Azərbaycan sürətlə inkişaf edərək dünya ölkələri arasında öz mövqeyini bir daha möhkəmləndirdi.
Aparılan maliyyə kredit islahatları nəticəsində manatın məzənnəsinin sabitləşməsinə nail olundu. “Fiftch” agentliyi və bir sıra dünya səviyyəsində olan təşkilatların Azərbaycanın reytinqinin artırılması barədə fikirləri ondan xəbər verir ki, uğurlu iqtisadi islahatların nəticəsində Azərbaycan inkişaf edib. Bir sıra ölkələrdə fəaliyyət göstərən təşkilatların apardığı sorğuların nəticəsi ölkəmizin inkişafının bariz nümunəsidir. Əldə olan bu naliyyətlər Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi siyasətin nəticəsində baş vermişdir.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB