" Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib

" Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. Deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib.

Onun sözlərinə görə, ölkəmiz bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizmlənməsi ilə bağlı dünya standartlarına qoşulub: "Bundan başqa,elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir və ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub".

Deputat Aydın Mirzazadə isə xatırladıb ki, Azərbaycan beynəlxalq konvensiyalara Dağlıq Qarabağla bağlı xüsusi qeydlə qoşulur və bu mühümdür: “Biz bununla bir daha Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik, habelə konvensiyanın müddəaları işğal edilən ərazilərdə işləmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə