Amazon Türkiyə bazarına girir

Dünyanın ən böyük onlayn ticarət şirkəti “Amazon.com” Türkiyədə nümayəndəlik açacaq. Artıq şirkətin fəaliyyət göstərməsi üçün İstanbulda 5000 kvadratmetrlik yer axtardığı da bildirilir.

“Amazon.com” mart ayının sonundan test satışlarına başlayacaq. Türkiyəyə səfəri gözlənilən “Amazon” şirkətinin İdarə Heyətinin üzvlərinin bazara daxil olmaqla bağlı rəsmi açıqlama verəcəkləri və iri şirkət rəhbərləri ilə görüşlər keçirəcəyi gözlənilir. Həmçinin, şirkətin bu ay rəsmi fəaliyyətə başlaması da gözlənilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə