“Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda növbəti tədbir Şirvanda keçirilib
Bu gün Şirvan şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda tədbir keçirilib. nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, həmçinin 100-ə yaxın sahibkar iştirak edib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Nəsimi İsmayılov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi İdris Alışov çıxış edərək dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığını qeyd ediblər.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, Bakı Biznes Tədris Mərkəzinin bu cür maarifləndirmə tədbirləri artıq ənənəvi xarakter alıb. İndiyədək 85 belə tədbir keçirilib,həmin tədbirlərdə 5 minə yaxın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər iştirak ediblər. Ölkənin digər regionlarında da sahibkarların maarifləndirilməsi tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev "Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması", Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılan www.b2b.az elektron ticarət portalı barədə sahibkarlara ətraflı məlumat verilib, onlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı "Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər" məlumat kitabçası və digər metodiki vəsaitlər paylanıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB