Dövlət Neft Şirkəti Almaniya İqtisadi Tədqiqatlar İnstitutu ilə birlikdə beynəlxalq konfrans keçirəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ GmbH) və Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq Təşkilatı"nın (GGFR) birgə təşkilatçılığı ilə "İqlim dəyişmələrinə təsirin azaldılması ilə əlaqədar Xəzəryanı ölkələrin neft-qaz şirkətlərinin təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-da keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi, ARDNŞ-nin Ekologiya İdarəsinin Almaniya İqtisadi Tədqiqatlar İnstitutu ilə birlikdə hazırladığı "ARDNŞ-də İqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi" və GGFR təşkilatı ilə birgə hazırladığı "ARDNŞ-nin, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrin neft yataqlarından atmosferə atılan səmt qazının azaldılması planı" sənədlərini konfrans iştirakçılarına təqdim etməkdir.
Toplantıda Azərbaycan və Xəzəryanı ölkələrin neft-qaz şirkətlərinin, nazirlik və təşkilatların, qeyri-hökümət qurumlarının iqlim dəyişmələri sahəsində əldə etdikləri nailiyyətlər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq. Konfransda Dünya Bankı, Almaniyanın Ətraf mühit, Təbiətin mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi, Xəzəryanı ölkələrin bir sıra neft-qaz şirkətləri və QHT-lər də daxil olmaqla 70 təşkilatdan 120 nəfərin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB