Bosch yeni məhsullarını təqdim edib

Bu gün "Hyatt Regency" hotelində Bosch şirkəti Termoteknoloji enerji məhsuldarlığını təmin edən məhsulların təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, Bosch-un Orta Şərq və Qafqaz üzrə satış müdiri Selman Tarmur şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib: "124 ildir, fəaliyyət göstərən Bosch şirkəti Almaniyada təsis edilib. Keçən il ümumilikdə şirkətin 38 milyard avro məbləğində məhsulu satılıb. Biz bir neçə əsas sahədə işləyirik. Bizim əsas məqsədimiz sərfəli, keyfiyyətli məhsullarla insanlara xidmət göstərməkdir. Bosch "Termotechnik GmbH" Türkiyədə 3 şirkətlə- "Bosch Termoteknik Sənaye və Ticarət" A.Ş., "Isısan İsitmə və Klima" A.Ş və "Bosch Xarici Ticarət" A.Ş şirkətləri ilə 1992-ci ildən bəri təmsil olunur. Bosch Termoteknik 1992-ci ildən Manisa şəhərində yerləşən fabrikində isti su və isinmə ehtiyacını qarşılayan qazlı kombi cihazları, qazlı şofbenlər və komponentlər istehsal edir. İstehsal etdiyi məhsulun 80%-ni Avropa və digər dünya ölkələrinə ixrac edən Bosch Termoteknik, eyni zamanda Azərbaycan, İordaniya, İsrail, Gürcüstan və İrana da məhsul ixracatı həyata keçirir".

"2007-ci ildən "Isısan İsitmə və Klima" A.Ş-da qatılımı ilə Bosch termotexnologiyalarının nüfuz dairəsi Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı kimi Fars körfəzi ölkələrinə qədər genişlənib. 1 Yanvar 2009-vu ildən etibarən isə Bosch termotexnologiyaları bütün Orta Şərq , Qafqaz və Fars Körfəzi ölkələrini əhatə etməyə nail olub. "Isısan İsitmə və Klima Sənayesi" A.Ş., 2009-cu ildən Türkiyədə istilik sistemləri sektorunun liderlərindən biri olan Bosch markalı kombi cihazlarının satış və servis fəaliyyətlərini də öz öhdəsinə götürüb. Beləliklə, 51 bölgədə 180 Bosch kombi cihazlarının satış və servis nümayəndəliyi "Isısan İsitmə və Klima Sənayesi" A.Ş-a keçib. Türkiyədə 100-cü ildönümünü qeyd edən Bosch, 1910-cu ildən bu yana ölkədəki uğurlu fəaliyyətini davam etdirir. Bosch Türkiyədə avtotexnologiyalar, məişət alətləri, sənaye texnologiyaları və istilik sistemləri emalı ilə birlikdə, elektrikli məişət alətləri və təhlükəsizlik sistemlərinin satışını da həyata keçirir", Selman Tarmur deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə