170 milyon manat kreditin verilməsi nəzərdə tutulur TƏDBİR
Şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzalanan 74 sərəncam 368 milyon manat əlavə vəsaitinin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb. SİA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, sahibkarlarığın inkişafına dövlət daim dəstək verir. Bu illər ərzində sahibkarlıq günü təsis edilib, 27 sahibkar dövlət mükafatı ilə təltif edilib və nəqliyyat sahəsində həyata keçirilən geniş miqyaslı işlər görülüb. Prezident bildirib ki, ölkənin inkişafı sahibkarlığın inkişafından asılıdır. Regionlarda bunun üçün bir sıra geniş işlər görülüb. Kənd təsərrüfatının subsidiyalaşdırılması, güzəştlərin tətbiqi edilməsi, lizinq xidmətlərinin göstərilməsi sahibkarlığın inkişafını daha da sürətləndirir. Regionların inkişafında Mingəçevir, Sumaqyıt Hacıqabul və Sabirabadda 8 rayon ərazisində 43 aqroparkın yaradılması bölgələri potensialından daha səmərəli istifadə etmək daha da sürətləndirir. Nazir sahibkarları sənaye parklarının, məhəllərinin inkişafına fəaliyyət göstərməyə dəvət edib. Sahibkarlığın inkişafına dəstək məqsədi ilə yaradılmış Azərbaycan arıçılar, şərab, nar, fındıq xurma, tütün, çay istehsalçıları və ixracatçıları, tekstil, qablaşdırma sənayesi və qadın sahibkarları assosasiyaları burada fəaliyyət göstərir və bu sahələrin inkişafına öz töhfələrini verir . Cari ildə yalnız geri qaytarılan vəsaitlər hesabına minumum 170 milyon manat kreditin verilməsi nəzərdə tutulur və sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədi ilə 2017- ci ildə 1953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştlə kredit verilib. Bunun 68 faizi aqrar sektorun, 31 faizi müxtəlif sənayelərin və digər sahələrin, o cümlədən 65 faizi regionların inkişafına düşüb. Pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat ayrılıb.
Keçən il zeytun yağı istehsal zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit verilib. İnvestisyanın təşviqi məqsədilə indiyə qədər 208 sahibkarlıq subyektin 130 investisya təşviqi sənəd verilib. 13 ixrac missiyası təşkil edilib və ixrac müqavilələri imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB