Naxçıvan Muxtar Respublikasında infrastruktur yüksək səviyyədə qurulub, çəkilən yollar, tikilən binalar çox gözəldir. Naxçıvan investisiya baxımından da cazibədar məkandır. Burada bir sıra əhəmiyyətli sahələr üzrə müsbət təcrübə formalaşıb. Bu fikirləri müsahibəsində “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev deyib.
Telman Əliyev bildirib ki, “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Xüsusilə muxtar respublikada alternativ və bərpa olan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması, yüksək standartlara uyğun yeyinti məhsullarının istehsal edilməsi, müasir turizm infrastrukturu, biznes və investisiya mühiti üçün yaradılan şərait ekspertlər tərəfindən düzgün idarəetmənin nəticəsi kimi dəyərləndirilib. Təsəvvür edin ki, inkişafına görə seçilən Avropa qitəsində belə, 60 faiz alternativ və bərpaolunan enerjidən istifadə edən ölkə yoxdur. Buna görə də Naxçıvan liderdir. Məhz bütün bunlara görə və ümumilikdə, ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb.
“Yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirildi. Həmin tədbirin məhz Heydər Əliyev Muzeyində keçirilməsi özlüyündə əhəmiyyətli hadisədir. Çünki muxtar respublikanın, bütövlükdə ölkəmizin inkişafı Ulu Öndərimiz adı ilə, onun siyasi xəttinin uğurla davam etdirilməsi ilə bağlıdır”, - deyən “Caspian European Club”un sədrinin birinci müavini qeyd edib ki, muxtar respublikada görülən işlər, həyata keçirilən əhəmiyyətli tədbirlər bundan sonra da Naxçıvanın nümunəvi bir məkan olacağına zəmanət verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB