ABŞ-da enerjiyə tələbat ən yüksək həddə çatıb AÇIQLAMA

ABŞ-da enerjiyə tələbat ən yüksək həddə çatıb AÇIQLAMA

“Azad bazarda istənilən mal və xidmətə tələbat yarananda qiymət artır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, ABŞ-da enerjiyə tələbat yüksəkdir: “Enerjiyə tələbat son 4 ildə ən yüksək həddə çatıb, çünki şaxtalı-qarlı ərazilərin əhatə dairəsi əvvəlki illərdən xeyli genişdir. Nyu-Yorkda maye qazın qiymətində daxili bazarda fantastik artım qeydə alınıb. Əvvəllər 1 BTU (Britaniya termik əmsalı) həcmli maye qaz $2,93-ə təklif edilirdisə, dünən 60 dəfə artaraq $175 satılıb. Elektrik enerjisinin qiyməti isə istehlakı bir-neçə dəfə artdığından 1 kVt\saatı 27,3 sentə qeder bahalaşıb. Ancaq onu qeyd etmək gərəkdir ki, ABŞ-da elektrik enerjisinin qiyməti inkişaf etmiş ölkələr içərisində ən ucuzu sayılırdı - maya dəyəri 2-2,5 sent ətrafında, parakəndə qiyməti isə 10 sent. təşkil edirdi”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə