“Azərbaycana gətirilən tütün və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. 2017-ci il dekabrın 21-də dərc olunan qərar, bu il yanvarın 23-də qüvvəyə minir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bu qərar ölkədə istehsal proseslərinin stimullaşdırılması məqsədini daşıyır: “Artıq ölkəmizdə beynəlxalq standartlara cavab verən istehsal sahələri formalaşıb və yüksək keyfiyyətli mallar istehsal olunur. Ölkədaxili istehsala idxal mane olmamalıdır. Yəni idxal olunan mallar ölkədə istehsal olunan malları daxili bazardan sıxışdırmamalıdır. Hətta bu diqqət çəkən amildir ki, Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilə qədər qanunvericiliklə dayandırılıb. İstehsalın və ixracın təşviqi proqramları tətbiq edilir və əsas məqsədlərimizdən biri ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsidir. Sahibkarlığın inkişafı ilə işsizlik aradan qalxacaq. “Eyni zamanda, istehsal olunan mallar daxili tələbatı ödəməklə xaricə ixrac olunmalı, ölkəyə valyuta gətirməlidir. Bu da ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edəcək. Hətta ixracı stimullaşdırılması məqsədi ilə 2017-ci ildə dövlət büdcəsindən ixrac olunan mallara görə sahibkarlara 2,5 milyon dollar subsidiya da ödənilib. Belə bir zamanda ölkədə istehsal olunan bəzi malların idxalına vergi aksizlərin artırılması düzgün addımdır. Bu proses bəzi mallarda qiymət artımına gətirib çıxarsa belə, keyfiyyətcə xarici mallardan heç də geri qalmayan yerli istehsal malların qiymətlərini aşağı salacaq və artıq xarici mallar yerli istehsal olunan malları bazarda sıxışdırmayacaq".
Qeyd edək ki, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb. 1 litri üçün aksiz dərəcəsi 1,7 manat (hazırda 1 manat), təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosunun 1 litri üçün 3,5 manat (hazırda 2 manat), şampan şərabının 1 litri üçün 5 manat (hazırda 2,5 manat), viskinin 1 litri üçün 10 manat (hazırda 6 manat) təşkil edəcək. Nazirlər Kabinetinin qərarı ilə 1000 ədəd siqarın idxalına 20 manat (hazırda 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (hazırda 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunacaq.
Arağın 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat), likörün 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat) məbləğində müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB