Masoud Tajrişi: "İstehsal etdiyimiz turbinlər 10 meqavata qədər enerji almaq gücünə malikdir" - AÇIQLAMA

Masoud Tajrişi: "İstehsal etdiyimiz turbinlər 10 meqavata qədər enerji almaq gücünə malikdir" - AÇIQLAMA
Biz SOCAR şirkəti ilə əməkdaşlıq etmək istəyirik. "Sədid sənaye qrupu" holdiqinin tərkibində olan "Petro" şirkətinin nümayəndəsi Masoud Tajrişi SİA-ya verdiyi müsahibəsində belə deyib. O bildirib ki, zavod Orta Şərqdə ən böyük nasos istehsal edən zavoddur: "Zavodumuz tərəfindən emal etdiyimiz nasoslar 500 min kubmetr su vurma gücünə malikdir. Istehsal etdiyimiz nasoslar neftkimya, neftayırma kimi sahələrdə istifadə edilmək üçün nəzərdə tutulub. Qeyd edim ki, nasoslarımız vasitəsilə dənizlərdən və ya göllərdən su çəkilib istənilən yerlərə ötürmək üçün də istifadə edilə bilər. İstehsal etdiyimiz nasoslar daha çox neft sektorunda istifadə edilir. Biz ümüd edirik ki, Azərbaycanda xüsusən də SOCAR şirkəti ilə əməkdaşlıq etmək istəyirik. İnanırıq ki, bizim istehsal etdiyimiz nasoslar azərbaycanlı həmkarlarımızın urəyincə olacaq. Onu da qeyd edim ki, istehsal etdiyimiz turbinlər 10 meqavata qədər enerji almaq gücünə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə