Elman Rüstəmov: “Mövcud ehtiyatlar Azərbaycanın 3 il xaricdən asılı olmadan yaşamasına yetərlidir” - MÜNASIBƏT
Cari ilin sonuna qədər Azərbaycanın strateji valyuta ehtiyatları 30 mld. ABŞ dollarını keçəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin plenar iclasında çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. O qeyd edib ki, qlobal iqtisadi artım qeyri-bərabər olsa da, bərpa olunmağa başlayıb: "Qlobal böhran geridə qalsa da, hazırda dünya iqtisadiqayyıtı bir çox çətinliklərlə üzləşir. Bu problem olaraq xaraktercə iki qrupa bölünür. Birinci böhranın ağır nəticələrinin aradan qaldırılması, ikinci yeni iqtisadi artım mənbələrinin tapılmasıdır. Bəs bu problemlərin Azərbaycan iqtisadiyyatına təsiri necə ola bilər?
Son illərin dünya iqtisadi böhranından Azərbaycanın az itki ilə çıxması onu göstərdi ki, Azərbaycan dünyanın modern iqtisadi sferasına inteqrasiyası əmiyyətlidir və dünya bundan ciddi bəhrələnə bilər. Bununla da Azərbaycanın da tərkib hissəsi olduğu qlobal iqtisadiyyat artıq tənəzzüldən çıxır. Azərbaycanın maliyyə sistemi qlobal böhrana çox möhkəm dayanıqlıq nümayiş etdirdi. Ölkədə bir bank da belə iflasa uğramadı? Hazırda bank sektoru bərpa proseslərini yaşayır. Bütövlükdə son iki ildə bank sektorunun aktivləri 18%, kreditlərin həcmi isə 20%-dən çox artıb. Əhalinin əmanətləri də artıb. 2009-cu ildə 29%, cari ilin 9 ayı ərzində isə 22%, ümumilikdə iki ildə 60%-dən çox əhalinin əmanətləri artıb. Bu sosial problemlərin fonunda olduqca keyfiyyətli göstəricidir.
Bütövlükdə il ərzində 1855 ailə 73,7 mln. manat məbləğində ipoteka krediti, o cümlədən 418 ailə 14 mln. manat həcmində sosial ipoteka krediti əldə edib. Bütövlükdə makro iqtisadiyyatımızın göstəricilərinə baxsaq son iki il ərzində iqtisadi artım 15 faizdən yuxarı olub. Azərbaycan iqtisadiyyatı 15 ildən artıqdır ki, davamlılıq nümayiş etdirir. Azərbaycan iqtisadiyyatında manatın məzənnəsi qorunub saxlanılıb. Manatın məzənnəsinin sabitləşməsi üçün sərf olunan valyuta artıq qaytarılıb", - deyə sədr vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 27 mld. ABŞ dollarını ötüb. Qeyd olunan rəqəm Azərbaycan-n xarici borclarının həcmindən üç dəfə çoxdur. Ümumilikdə mövcud ehtiyatlar Azərbaycanın 3 il xaricdən asılı olmadan yaşamasına yetərlidir", - deyə E.Rüstəmov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB