Azərbaycanda nə qədər benzin istehsal edilib?

Cari ilin yanvar-sentyabr aylarında 874,2 ton avtomobil benzini istehsal edilib. SİA Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobil benzininin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətdə 5,1 faiz artıb.

Hesabat dövründə 1362,0 min ton dizel yanacağı istehsal edilib. Dizel yanacağının istehsalı 2016-cı ilin doqquz ayı ilə müqayisədə 20,9 faiz azalıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...