"Günəşli" yatağındakı 11-ci özüldən 56 nömrəli quyu qazmadan sonra istismara verilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 3835-3811 metr intervaldan sutkada 200 min kubmetrə yaxın qaz, 42 ton kondensat verir. Quyu 28 May NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB