18 sentyabr 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti toplantısı keçiriləcək.
SİA-nın məlumatına görə, iclasda faiz dəhlizinin parametrləri növbəti dəfə müzakirə ediləcəkdir.
Mərkəzi Bankın iclasdan sonra açıqlama yayacağı gözlənilir. Açıqlama 19 Sentyabr 2017-ci il tarixində də mətbuata təqdim edilə bilər.
Mərkəzi Bank tərəfindən izafi pul təklifinin sterilizasiyası məqsədilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10,1%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilibdir.
Əgər faiz dəhlizinin (aşağı həddi 10%, yuxarı həddi 18%) aşağı həddi aşağı salınarsa, Mərkəzi Bank depozit hərraclarında və notların yerləşdirilməsində banklardan manat kütləsini daha aşağı faizlə yığa bilər. Son hərraclar zamanı tələb təklifi üstələyir. Sadə dildə desək, banklar 10,1% ildə daha çox vəsaiti banklarda yerləşdirməkdə maraqlıdırlar. Mərkəzi Bank isə 100 milyon manatdan çox cəlb etmir. Faizin aşağı düşməsi bankların depozit hərraclarına və notlara marağını azalda bilər. Belə olan halda banklar vəsaitləri yerləşdirmək üçün başqa alətlər axtarmalı olacaqlar. Nəticədə də, dövriyyədən yığılan manat kütləsi azala bilər. Adətən faizlərin aşağı salınması milli valyutanın ucuzlaşmasına səbəb olur.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



